Tbilisi Şəhər Məhkəməsi müxalif “Dəyişiklik üçün Koalisiya”nın lideri Nika Melianın barəsində həbs qərarı çıxarıb.
Məhkəmə dövlət ittihamçısının vəsatətini təmin edərək Melianın girov müqabilində azadlığa buraxılması qərarını həbs-qətimkan tədbiri ilə əvəzləyib.
Qeyd edək ki, Nika Meliaya qarşı Gürcüstan Cinayət Məcəlləsinin “Gürcüstan Parlamentinin Müvəqqəti İstintaq Komissiyasının çağırışına riayət etməmə” maddəsi ilə cinayət işi açılıb.