image-1backend

Gürcüstanda nümayişlər 2 həftədir davam edir

image-reklam_sirab_01

Gürcüstanda hökumətin Avropa İttifaqına (Aİ) üzvlük danışıqlarını 2028-ci ilə qədər dayandırmaq qərarına qarşı paytaxt Tbilisidə iki həftədir davam edən etiraz aksiyalarında parlament seçkilərinin yenilənməsi tələb edilir. Minlərlə insan saxlanılanların azadlığa buraxılmasını tələb edərək hökumətin qərarına qarşı narazılıqlarını ifadə edir.

Vətəninfo.az xəbər verir ki , etirazçılar 26 oktyabr tarixində keçirilmiş seçkilərin nəticələrini tanımadıqlarını bildirərək yeni seçki çağırışı edirlər.

Ölkədə etirazlar Avropa Parlamentindən gələn seçkilərin yenilənməsi çağırışının ardından daha da güclənib.

Qeyd edək ki, Baş nazir İrakli Kobaxidze bəzi Avropa siyasətçilərinin Gürcüstanın daxili işlərinə müdaxilə etdiyini iddia edərək Aİ-yə üzvlük danışıqlarının 2028-ci ilə qədər gündəmə gətirilməyəcəyini açıqlamışdı.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
Popup Image