Azərbaycan respublikasının QHT-lərə Dövlət Dəstəyi Agentliyin dəstəyi, GTİD -İB əşkilatçılığı ilə Gürcüstanda Qərbi Azərbaycana qayıdış konsepsiyasına həsr olunan “QAYIDIŞ” Forumu keçirilib.
Forumun açlış mərasimi Marneuli şəhərində yerləşən Azərbaycan Evində baş tutub.
Forum iştirakçıları əvvəlcə Qərbi Azərbaycanda ermənilər tərəfindən dağıdılan mədəni irsimizi əks etdirən foto sərgi ilə tanış olublar
GTİDİB-in idarə heyyətinin üzvü İsmayıl Hüseynov tədbir iştirakçılarını salamlayaraq onlara Forumun mahiyyəti ilə bağlı məlumat verinb
O qeyd edib forumun əsas məqsədi Qərbi Azərbaycandan olan soydaşlarımızla Qayıdış Konsepsiyasını müzakirə etmək, gürcü politoloqların, tarixçilərin məsələ ilə bağlı fikirlərini öyrənməkdir.
Çıxış edən Tbilisi Dövlət Universitetinin Gürcüstan Tarixi İnstitutunun dosenti, professor Nikoloz Cavaxişvili, Gürcüstan Parlamentinin sabiq deputatı Ramiz Bəkirov, gürcü tarixşünas, professor Tengiz Malania və Gürcüstan Azərbaycanlıları Konqresinin sədri Huseyn Yusubov “Cənubi Qafqazda sülh quruculuğu və separatizimə qarşı birgə fəaliyyət” mövzusunda müzakirələr aparıblar.
Forum sual-cavab sessiyası ilə davam edib.
Üç gün davam edən panel müzakirələr Paytaxt Tiblisi də yerləşən “East-West Teaching University” (Şərq-Qərb Universiteti), Tbilisidə M. F. Axundzadə adına 73 saylı Azərbaycan ümumi məktəbi və Tiblisidə Azərbaycan mədəniyyət mərkəzində baş tutub.
Qeyd edək ki, fotumun təşkilatçıları Gürcüstan parlamentinin deputatı Tariyel Nakaidze ilə görüşüb.
Görüşdə qarşılıqlı əlaqələr, qarşıda duran fəaliyyət istiqamətləri, iki qardaş ölkənin media və QHT-ləri arasında mədəni və sosial əlaqələrin daha da genişləndirilməsi üçün bir sıra tövsiyə xarakterli təkliflər səsləndirilib və vacib məsələlər müzakirə olunub.


























