image-1backend

Gürcüstanda seçki pozuntuları ilə bağlı araşdırma başladı – Prezident istintaqa cağırıldı 

image-reklam_sirab_01

Mərkəzi Seçki Komissiyasının müraciəti əsasında Gürcüstan Prokurorluğu parlament seçkilərində baş vermiş qanun pozuntuları ilə bağlı araşdırmalara başlayıb. Bununla bağlı Gürcüstan prezidenti Salome Zurabişvili prokurorluğa çağırılıb. Vətəninfo.az xəbər verir ki , bu barədə Gürcüstanın İctimai Yayım Şirkəti məlumat yayıb. 

Qeyd olunur ki, Mərkəzi Seçki Komissiyasının bəyanatına və KİV-də yayılan məlumata görə, Zurabişvilinin əlində seçkilərdə mümkün saxtakarlığa dair sübutlar var və bu səbəbdən oktyabrın 31-də dindirilməyə çağırılıb.

“Gürcüstan Prokurorluğu Gürcüstan Prezidenti, ayrı-ayrı siyasi partiyalar və müşahidə missiyaları tərəfindən qaldırılan faktların araşdırılması üçün MSK-nın sərəncamında göstərildiyi kimi bütün zəruri istintaq və prosessual hərəkətləri həyata keçirəcək. İddia edilən cinayət fəaliyyəti ilə bağlı məlumatı olanların hamısı dindiriləcək”, – prokurorluğun bəyanatında deyilir.

NATO, Aİ və ABŞ Dövlət Departamenti də Gürcüstandakı iddia edilən seçki pozuntularını araşdırmağa çağırıb.  

ABŞ prezidenti Co Bayden isə öz növbəsində Gürcüstanda “son vaxtlar demokratiyanın tənəzzülündən” narahat olduğunu bildirib və parlament seçkilərində iddia edilən pozuntuların araşdırılmasına çağırıb.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki