image-reklam-veteninfo
image-9backend

Gürcüstanda sürüşmə bölgəsindən daha 80 nəfəri təxliyə edib.

image-reklam-veteninfo

Gürcüstan xilasediciləri dağlıq Raça bölgəsindəki Şovi kurort şəhərindən daha 80 nəfəri təxliyə ediblər, burada torpaq sürüşməsi nəticəsində 2 nəfər həlak olub. Vətəninfo.az xəbər verir ki, bu barədə TASS Gürcüstan Daxili İşlər Nazirliyinə istinadən məlumat yayıb .

Avqustun 4-ü səhər saatlarından uçuşlarını davam etdirən vertolyotlarla insanlar təxliyə edilməli olub.

Təxminən eyni sayda insan hələ də təbii fəlakət zonasından evakuasiya gözləyir. İndiyədək təxliyə edilənlərin ümumi sayı 150 nəfərdir. Gürcüstan hökumətinin mətbuat xidməti də öz növbəsində Gürcüstanın baş naziri İrakli Qaribaşvilinin dağıntı yerinə getdiyini bildirir.

Avqustun 3-də günorta saatlarında Şovidə sürüşmə baş verib. Nəticədə körpülərə və yollara, həmçinin turist kotteclərinə və “Sunset Show” mehmanxanasına ziyan dəyib.

Daxili İşlər Nazirliyi dərhal ora iki sərhəd polis helikopteri göndərib. İlk gündə 70 nəfər təxliyə edilib. Axtarış-xilasetmə əməliyyatları nəticəsində həmçinin 2 insan cəsədi aşkar edilib.

Avqustun 4-də daha iki helikopter xilasetmə əməliyyatlarına qoşulub. 50-yə yaxın insan hələ də əlaqə saxlaya bilmir. Onlar haqqında məlumat almaq üçün qaynar xətt fəaliyyət göstərir.




  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki