image-1backend

Gürcüstanda yeni dövr başlayır: Yeni hökumətə etimad göstəriləcəkmi?

image-reklam_sirab_01

Bu gündən, fevralın 5-dən Gürcüstan parlamentində yeni hökumətə etimad səsverməsinin verilməsi prosedurlarına başlanılacaq. Milli Məclisin komitə, fraksiya və siyasi qruplarında müzakirələrdən sonra məsələ plenar iclasa çıxarılacaq.

Vətəninfo.az xəbər verir ki, hakim “Gürcü arzusu” partiyasından baş nazir namizədi İrakli Kobaxidze cümə axşamı deputatlara hökumət proqramını təqdim edəcək, bundan sonra etimad səsverməsi keçiriləcək.

Gürcüstan hökumətinin yenilənmiş fəaliyyət planına ölkənin Avropa istiqamətində səylərinin davam etdirilməsi, strateji tərəfdaşlarla intensiv əlaqələr və vətəndaşlara qayğı daxildir.

Ölkədə sabitlik və təhlükəsizlik, suverenliyin möhkəmləndirilməsi, Rusiya-Gürcüstan münaqişəsinin sülh yolu ilə həlli, Gürcüstanın ərazi bütövlüyünün bərpası və digər mühüm təşəbbüslər kimi prioritet istiqamətlər də dəyişməz olaraq qalır.

Xatırladaq ki, İrakli Qaribaşvili bu il yanvarın 29-da baş nazir postundan istefa verib. O, Kobaxidzenin əvəzinə hakim partiyaya rəhbərlik etməyə razılaşıb.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki