image-reklam-veteninfo
image-1backend

Gürcüstanın İmereti bölgəsində torpaq sürüşməsi aktivləşib

image-reklam-veteninfo

Gürcüstanın qərbində, xüsusilə də İmereti bölgəsində torpaq sürüşməsi halları artıb.

Vətəninfo.az xəbər verir ki, bu barədə “Sputnik Gürcüstan” xəbər yayıb.

Hazırda Karneba çayının daşması səbəbindən Xaraqauli bələdiyyəsinin ərazisində bir neçə kənd təhlükə altındadır. Belə ki, iyun ayının sonunda sürüşmə proseslərinin intensivləşməsi ilə əlaqədar Xaraqauli bələdiyyəsinə daxil olan Qverki və Hemaqali kəndlərinin bəzi sakinləri müvəqqəti təxliyə edilib. Evlərə, kənd təsərrüfatı torpaqlarına və yollara ziyan dəyib.

Avqustun 23-də isə torpaq kütlələri çayın qarşısını qismən bağlayıb və sürüşmə yenidən aktivləşib. Xaraqauli rayonunun rəhbərliyi vəziyyətin nəzarətə götürüldüyünü bildirib: “Müvafiq qurumlar tərəfindən çayın məcrasının genişləndirilməsi və sürüşmənin qarşısının alınması istiqamətində işlər görülür. Mütəxəssislər çayda suyun səviyyəsini və sürüşmə proseslərinin dinamikasını izləyirlər. Sürətli reaksiya qərargahı gücləndirilmiş iş rejimində işləyir”.

Qeyd edək ki, təbii geoloji proseslərin inkişafı, əhali və infrastruktur obyektləri üçün təhlükə riskləri baxımından Gürcüstan dünyanın ən çətin dağlıq bölgələrindən birində yerləşir. Bu ölkədə yaşayış məntəqələrinin təxminən 60 faizi müxtəlif kateqoriyalı geoloji risk zonalarında yerləşir.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki