image-1backend

Gürcüstanın keçmiş prezidentinə ABŞ-da iş verildi

image-reklam_sirab_01

Gürcüstanın keçmiş prezidenti Salome Zurabişvili ABŞ-ın Arizona Universitetinin Makkeyn İnstitutunun Kissincer üzrə elmi işçisi təyin olunub.

Bu barədə institutun rəsmi saytı məlumat yayıb.

“Makkeyn İnstitutunun Kissincer təqaüdçüsü kimi Zurabişvili öz geniş diplomatik, liderlik və siyasi təcrübəsindən yeni seçkilərə nail olmaq və ölkəsinin demokratik inkişafı üçün istifadə edəcək”, – Gürcüstanın keçmiş liderinin yeni işi ilə bağlı açıqlamada bildirilib.

Gürcüstan parlamentinin spikeri Şalva Papuaşvili eks-prezident Zurabişvilinin Makkeyn İnstitutunun əməkdaşı təyin olunmasını şərh edib. Onun sözlərinə görə, bu, bir daha Salome Zurabişvilinin bir vaxtlar Tafts Universitetindən oxşar təklif almış, hazırda məhkum olunmuş sabiq prezident Mixail Saakaşvili kimi Gürcüstana heç vaxt xidmət etmədiyinin “sübutudur”.

“İndi bizim soydaşlarımıza aydın oldu ki, dəfələrlə dediyimiz kimi, onların heç biri Gürcüstana heç vaxt xidmət etməyib və hər ikisi onları işə götürən təşkilatlara qayıdıb”, – Papuaşvili X-də yazıb.

“Saakaşvili yalnız Gürcüstana sədaqət andı içsə də, sonradan Ukrayna vətəndaşı oldu və çox güman ki, Zurabişvili də sonda vətəni Fransaya qayıdacaq”, – Papuaşvili bildirib.

Xatırladaq ki, Zurabişvilinin səlahiyyət müddəti dekabrın 29-da başa çatıb. Həmin gün Gürcüstanın yeni lideri Mixail Kavelaşvilinin andiçmə mərasimi olub.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
Popup Image