“Gürcüstanda uzun illərdir ki, QHT-lər və media Qərbin ruporu rolunu oynayır, Qərb ölkələri son 20 ildə bu təsisatlara milyonlarla dollarla qrant ayırıb, onları tam ram edib. Hətta ötən il orada QHT adı çəkəndə mənə bunun birbaşa hakimiyyətə müxalif qüvvə kimi qəbul edildiyini bildirmişdilər”.
AZXEBER.COM xəbər verir ki, bu sözləri Mətbuat Şurası İdarə Heyətinin üzve Hacıbəy Heydərli deyib.
Jurnalist Gürcüstanda baş verən aksiyaların Qərb ölkələrinin planı olduğunu deyib:
“Bir neçə ay öncə xarici agentlər haqda qanun qəbul ediləndə bu Qərbə çox böyük zərbə oldu, onların nəfəsliyi daraldı. Daha sonra Parlament seçkilərində “Gürcü arzusu”nun qələbəsi isə Qərb üçün nakaut effektini verdi.
Hazırda Qərb təsisatları Tbilisidə son kartlarını açıq şəkildə oynayır, QHT-lərə, mediaya, institutlara, gənclər təşkilatlarına milyonlar xərcləyənlər bu gün onun qarşılığını etirazçılardan tələb edir. Tələb isə hər kəsə aydındır: Meydana çıxın və qrantların haqqını verin, Konstitusiyaya salınan 78-ci maddəyə sahib çıxın”.
O nəticələrin necə olacağı haqda danışmağın tez olduğunu deyib:
“Nəticənin necə olacağını indidən demək çox çətindir. İstəyimiz odur ki, bu proseslər dost Gürcüstan üçün xətasız, bəlasız ötüşsün. Görünən isə odur ki, Qərb Cənubi Qafqazdakı ən böyük qalasını itirməmək üçün hər vasitəyə əl atacaq”.