image-1backend

Hafiz Hacıyev: “7 fevralda prezidentliyə namizədlərdən biri mən olacam”-ÖZƏL  

image-reklam_sirab_01

Vətəninfo.az xəbər verir ki, Azərbaycanda növbədənkənar prezident seçkiləri elan edilib.
Artıq bununla bağlı prezident İlham Əliyev bununla bağlı sərəncam imzalayıb.

Sərəncama əsasən Mərkəzi Seçki Komissiyası növbədənkənar Azərbaycan Respublikası Prezidenti seçkilərinin 2024-cü il fevralın 7-nə təyin olunmasını və Azərbaycan Respublikasının Seçki Məcəlləsində müəyyən edilmiş qaydada keçirilməsini təmin etməlidir.

Sərəncamın rəsmi yayılmasından sonra, gözlər keçiriləcək seçkilərdə namizədliyini irəli sürəcək şəxslərə çevrilib. Bu şəxslərdən biri də həmişəki kimi  Müasir Musavat Partiyası sədri Hafiz Hacıyevdi.
Saytımıza açıqlamasında  Hafiz Hacıyev bildirib ki, sərəncamın yayılmasından sonra, dekabırın 8-də MMP-sının İdarə Heyyətinin iclası çağrılıb: “İclasda müəyyən olunacaq əsas məsələlərdən biri, həm bizim partiya olaraq seçkilərdə iştirakımız, eyni zamanda partiyanın namizədinin müəyyən edilməsidir. Tam əminliklə deyirəm ki, mən yenə  seçkilərdə iştirak etmək fikrindəyəm”.

MMP sədri bildirib ki, seçkilərdə iştirakını vacib hesab edir: “Bunun bir səbəbi var. Biz bilindiyi kimi 30 il işğalda olan torpaqlarımızı geri qaytararaq,ərazi bütövlüyümüzü təmin etmişik. Eyni zamanda sekilərdə bəzi ölkədə xaos yaratmaq istəyən  qüvvələr vəziyyətdən istifadə edib namizəd ola bilərlər. Ona görə də bu araqarışdıranlara meydan verməmək üçün mütləq seçkidə iştirak edəcəm”.

Vətəninfo.az


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki