image-1backend

Hakan Fidan Çində uygurlarla görüşdü

image-reklam_sirab_01

Türkiyənin xarici işlər naziri Hakan Fidan Çin Xalq Respublikasına səfəri çərçivəsində Sincan Uyğur muxtar bölgəsini ziyarət edib.

Kaşqar və Urumçi şəhərlərində olan türkiyəli nazir burada Sincan Uyğur Muxtar Rayonunun partiya katibi Ma Sinruy və muxtar rayon hökumətinin rəhbəri Erkin Tuniyaz ilə görüşüb.

Nazir Urumçi şəhərində Yanghang məscidi və Beynəlxalq Böyük Bazarı gəzib, yerli əhali ilə görüşüb.

Qeyd edək ki, Hakan Fidan dünən Pekində verdiyi açıqlamada bu iki şəhərin Çinin mədəni zənginliyinə töhfə verən qədim türk-islam şəhərləri olduğunu bildirərək burada yaşayan uyğur türklərinin əsas hüquq və azadlıqlarının qorunmasının, eləcə də rifah və sülh içində yaşamasının vacibliyini vurğulayıb.

Xatırladaq ki, bu, Türkiyənin dövlət rəsmiləri qismində Prezident Rəcəb Tayyib Ərdoğanın 2012-ci ildə bölgəyə səfərindən sonra ilk ziyarətdir.

Səfər bu gün başa çatacaq.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki