Vətəninfo.az İSNA istinadən xəbər verir ki, Türkiyənin xarici işlər naziri Hakan Fidan dünən Tehranda iranlı həmkarı Hüseyn Əmir Abdullahiyan ilə keçirdiyi birgə mətbuat konfransında deyib:
“İran prezidenti İbrahim Rəisi yaxın günlərdə Türkiyəyə səfər edəcək”.
Türkiyəli nazir bildirib ki, Tehrandakı danışıqlar zamanı tərəflər Birgə Əməkdaşlıq Şurasının iclasına hazırlıq məsələlərini müzakirə ediblər.
“Biz sərhədlərin birgə təhlükəsizliyi, terrorizmə qarşı mübarizə, ticarət və əməkdaşlıq məsələlərini müzakirə etdik” – deyə, Fidan qeyd edib.
O, Ankaranın İran-Səudiyyə Ərəbistanı əlaqələrinin bərpasını alqışladığını da bildirib.