image-1backend

HAMAS ilə İsrail növbəti girov-məhbus mübadiləsi keçirəcək

image-reklam_sirab_01

Bu gün HAMAS ilə İsrail atəşkəs razılaşması çərçivəsində növbəti girov və məhbus mübadiləsi keçirəcək.

Bu barədə İsrail mediası məlumat yayıb.

Məlumata görə, HAMAS 3 girovu – Or Levi, Eli Şərabi və Ohad Ben Amini İsrailə təhvil verəcək.

Mübadilə Qəzzanın mərkəzindəki Səlahəddin yolunda baş tutacaq.

Razılaşmaya görə, İsrail də öz növbəsində 183 fələstinli məhbusu azad edəcək.

Bu, yanvarın 19-da İsrail-HAMAS arasında atəşkəsin əldə olunmasından bəri girov və məhbus mübadiləsinin beşinci raundudur.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
Popup Image