image-milli_meclisbackend

Hansı millət vəkilləri kreslosunu tərk edəcək? – SİYAHI

image-reklam_sirab_01

Altıncı çağırış Milli Məclis öz fəaliyyətinin yarıdan çoxunu başa vurub. Azərbaycan Respublikasının Konstitusiyasına əsasən, altıncı çağırış qanunverici orqanın səlahiyyət müddəti 2025-ci ilin fevral ayında bitir. Ancaq 2025-ci il həm də prezident seçkiləri ili olduğu üçün parlament seçkilərinin 2024-cü ildə keçirilməsi mümkünlüyü qeyd edilir. Çünki ölkə konstitusiyasına əsasən, Azərbaycanda seçkilər noyabr ayının ilk bazar günü keçirilir.

Vətəninfo.az xəbər verir ki, 2025-ci ilin həm də prezident seçkiləri ili olduğunu və sonuncu prezident seçkilərinin 2018-ci ilin aprel ayında baş tutduğunu, həmçinin, konstitusiyadakı həmin bəndin prezident seçkilərinə də aid olduğunu nəzərə alsaq, o zaman Azərbaycanda həm prezident, həm də parlament seçkilərinin 2024-cü ilin noyabr ayında baş tutacağını deyə bilərik. Çünki 2025-ci ilin fevralında səlahiyyət müddəti başa çatan parlamentin həmin ilin noyabr ayına qədər fəaliyyətini davam etdirməsi üçün heç bir hüquqi baza yoxdur. Eləcə də eyni məsələ dövlət başçısı üçün də keçərlidir. Deməli burada ən optimal variant 2024-cü ilin noyabr ayında hər iki seçkinin, prezident və parlament seçkilərinin eyni gündə keçirilməsidir.

Etibarlı mənbələrdən daxil olan məlumata görə, artıq yerlərdə seçki siyahılarının yenidən dəqiqləşdirilməsi prosesi həyata keçirilir. Həmçinin, qeyri-rəsmi olaraq seçki hazırlıqlarına da başlanılıb.

Seçki dövrü yaxınlaşdıqca kimlərin öz mandatı ilə vidalaşacağı maraq doğurur. Parlamentdə ən aktiv və yaxud passiv deputatlardan kimlər öz kresloları ilə vidalaşacaq. Son illər Azərbaycan ölkə başçısı Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanın ərazi bütövlüyünü suverenliyini tam bərpa etdi. Lakin bu zəfərə baxmayaraq öz kreslosundan yapışan və parlamentarilərin apardığı işlərə öz töhfəsini verə bilməyən deputatların siyahısının hazır olduğu bildirilir. Etibarlı mənbədən əldə etdiyimiz məlumata görə bu seçkilərdə bir çox millət vəkili öz kreslosu ilə vidalaşmalı olacaq.
Qısa bir araşdırma apararaq hansı millət vəkillərinin öz kreslosu ilə vidalaşacağına diqət çəkək. Parlamentdə daimi öz aktivliyi ilə seçilən çoxsaylı millət vəkili var. Lakin elə millət vəkilləri var ki, onlar bu günə qədər öz susqunluqlaını poza bilməyiblər. Növbəti yazımızda öz kreslosu ilə vidalaşacaq millət vəkillərinin adlarını açıqlayacayıq

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki