image-defaultbackend

Harris:Tramp qalib gəlsə, Rusiya Ukraynanı məğlub edəcək

image-reklam_sirab_01

ABŞ-ın Demokratlar Partiyasından prezidentliyə namizədi və hazırkı vitse-prezident Kamala Harris rəqibi Donald Tramp hakimiyyətə gələrsə, Putinin Kiyevdə oturacağı riskini görür. Vətəninfo.az xəbər verir ki, bu barədə CNN xəbər verir.

Miçiqan ştatında seçki kampaniyası zamanı çıxış edən Kamala Harris Trampın Rusiya-Ukrayna müharibəsini 24 saat ərzində bitirmək barədə dəfələrlə verdiyi vədləri xatırladıb.

“Bunu oxuyun və onun nə dediyini anlayın. O, təslim olacaqdı… O, Ukraynanı suverenliyini pozan təcavüzkara qarşı təslim olmağa məcbur edəcəkdi. Donald Tramp prezident olarsa, Vladimir Putin Kiyevdə oturacaq. Bunun Amerika və dünyadakı mövqeyimiz üçün nə demək olduğunu anlayın”, – Harris bildirib.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki