image-1backend

Harris, yoxsa Tramp?

image-reklam_sirab_01

ABŞ prezidentliyinə Demokratlar Partiyasından namizəd, vitse-prezident Kamala Harris seçici dəstəyinə görə sabiq dövlət başçısı, Respublikaçılar Partiyasının namizədi Donald Trampı 3 faiz bəndi qabaqlayır. Bunu CBS telekompaniyası və “YouGov” ictimai rəyi araşdırma institutunun keçirdiyi sorğu göstərib.

Nəticə yoxdur.

Sorğunun nəticələrinə əsasən, respondentlərin 51 faizi prezident seçkilərində Harrisi dəstəkləməyə hazırdır, rəyi soruşulan seçicilərin 48 faizi isə Trampa üstünlük verib. Eyni zamanda, tərəddüd edən ABŞ ştatlarında hər iki namizədə dəstək səviyyəsi 50 faiz təşkil edib.

Qeyd edək ki, avqustun 14-dən 16-dək aparılan sorğuda qeydiyyatdan keçmiş 3,3 minə yaxın seçici iştirak edib.

Xatırladaq ki, ABŞ-da prezident seçkiləri noyabrın 5-də keçiriləcək.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki