image-harris-trampbackend

Harrisi Trampdan daha çox amerikalı dəstəkləyir – SORĞU

image-reklam_sirab_01

ABŞ-nin vitse-prezidenti Kamala Harris, demokratlardan ən yüksək dövlət vəzifəsinə namizəd olaraq, noyabr ayında keçiriləcək prezident seçkilərində səs verməyi planlaşdıran seçicilərin dəstəyi baxımından respublikaçılardan olan rəqibi Donald Trampı 2 faiz bəndi qabaqlayır.

Bu barədə ABC telekanalının “Ipsos” sosioloji xidməti ilə birlikdə keçirdiyi sorğunun nəticələrindən bəlli olub.

Məlumata görə, potensial seçicilərin 50 %-i Harrisi dəstəkləyir, Trampa isə bu kateqoriyada sorğuda iştirak edənlərin 48 %-i səs verməyə hazırdır. Qeydiyyatdan keçmiş seçicilər arasında da oxşar nəticə müşahidə olunur: 49 % Harrisi üstün tutur, 47 % isə Trampı dəstəkləməyə hazırdır.

Respondentlərin əksəriyyəti (51 %) ABŞ-nin ən yaxşı günlərinin hələ qarşıda olduğunu düşünür, 47 % isə hesab edir ki, Birləşmiş Ştatların ən yaxşı dönəmi geridə qalıb. Bu sonuncu fikri Tramp tərəfdarlarının təxminən üçdə ikisi (59 %) bölüşür. Harris tərəfdarlarının 67 %-i ABŞ-nin daha yaxşı gələcəyinə inanır.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki