image-reklam-veteninfo
image-22backend

Havay adalarında baş verən yanğında ölənlərin sayı 111 nəfərə çatıb

image-reklam-veteninfo

CNN-in ABŞ-ın Havay ştatının qubernatoru Coş Qrinə istinadən verdiyi məlumata görə, Maui adasındakı meşə yanğınları 111 nəfərin həyatına son qoyub .

Bu rəqəmin açıqlandığı mətbuat konfransı zamanı qubernator ştatın baş prokuroruna təbii fəlakət zamanı yerli hakimiyyət orqanlarının hərəkətlərini yoxlamağı tapşırıb. Bu, digər şeylərlə yanaşı, xəbərdarlıq sisteminin işinin tənqidi ilə bağlıdır – sirenlərin əhəmiyyətli bir hissəsi yanğınlar zamanı səssiz idi.

Vətəninfo.az-ın INTERFAX.RU- ya istinadən verdiyi xəbərə görə , adanın fövqəladə hallar agentliyinin rəhbəri German Andainin sözlərinə görə, sirenlər, bir qayda olaraq, yaxınlaşan sunami barədə xəbərdarlıq etmək üçün istifadə olunur və əgər onlar səslənsəydi, insanlar sahilə gedəcəkdilər.

Havayda bir həftə əvvəl başlayan yanğınlara küləyin güclənməsinə ilə daha da şiddətlənib. 13 min insanın yaşadığı Mauinin Lahaina şəhərində demək olar ki, bütün binalar yanıb.




  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki