Havay adasının Maui adasındakı meşə yanğınları qurbanlarının sayı 53 nəfərə çatıb. 1000-ə yaxın insan itkin düşüb. Vətəninfo.az-ın məlumatına görə , bu barədə BBC məlumat yayıb.
Havay adalarının qubernatoru Coş Qrin meşə yanğınlarını ştatın tarixində “ən böyük təbii fəlakət” adlandırıb. O, Mauinin qərb sahilində yerləşən Lahaina kurort şəhərinin 80%-nin yanğınlar nəticəsində məhv edildiyini, 1700-ə yaxın binanın dağıldığını bildirib.

14 mindən çox turist təxliyə edilib. 11 min insan hələ də işıqsız qalıb.
BBC qeyd edir ki, bir çox insan yanğından xilas olmaq üçün dənizə atılmalı və saatlarla suda qalmalı olub.
Mauidə meşə yanğınları avqustun 8-də başlayıb və bölgədə tüğyan edən Dora qasırğası səbəbindən sürətlə yayılıb.
Adada tüğyan edən üç böyük yanğının qarşısı hələ də alınmayıb.






























