Ukraynada artıq 3000-dən çox məhkum ölkənin silahlı qüvvələrində xidmət etmək üçün müraciət edib. Vətəninfo.az xəbər verir ki, bu barədə “Avropa Həmrəyliyi” partiyasının deputatı Aleksey Qonçarenko bildirib.
“Mən bu qanun layihəsini yanvarda təqdim etmişəm. Çünki hər kəsin öz vətənini qorumaq hüququ var. Nəhayət, mexanizm işə başladı”, – o, Telegram kanalında yazıb.
Mayın 8-də Ali Rada bəzi məhbus qruplarının Ukrayna silahlı qüvvələri sıralarına səfərbər edilməsinə icazə verən qanun layihəsini ikinci oxunuşda qəbul edib. Onlar bunu yalnız məhkəmə qərarından sonra və könüllü şəkildə edə bilərlər. Qəsdən adam öldürmə, zorlama, cinsi zorakılıq və milli təhlükəsizliyə qarşı cinayətlərdə təqsirli bilinənlər səfərbər edilə bilməz.
“Xalqın qulluqçusu” partiyası aydınlaşdırıb ki, korrupsiyada təqsirli bilinən şəxslər və xüsusi məsul vəzifələrdə çalışanlar, xüsusən də deputatlar və nazirlər Ukrayna silahlı qüvvələrinə daxil ola bilməzlər.
Mümkün səfərbərliyə məruz qalan məhbusların cəza müddəti üç ildən çox olmamalıdır.
Daha əvvəl “Ukrainskaya pravda” qəzeti yazıb ki, “Xalqın qulluqçusu” fraksiyasının rəhbəri David Araxamiyanın sözlərinə görə, Ukraynada məhbuslar arasında səfərbərlik üçün potensial resurs 15-20 min nəfərdir, lakin müqaviləni təqribən imzalayacaq.