image-reklam-veteninfo
image-1backend

Heç bir işlə təmin edilmədim – Allahverdi Yolçuyev

image-reklam-veteninfo

Aktyor Allahverdi Yolçuyev ünvanına yazılan tənqidlərə cavab verib.

Vətəninfo.az xəbər verir ki, axşam.az-a açıqlamasında aktyor sadəcə işlə təmin edilmək arzusunda olduğunu bildirib:

“Açıqlama verdim ki, mən dilənçi deyiləm. İki evim var. hamı başladı məni tənqid etməyə. Axı mən dövlətdən ev istəməmişəm. Sadəcə, dərmanlarım bahalıdır. Onları almaq üçün maaş istədim. Bir evimdə yaşayıram. O biri balacadır, orada səhnə geyimlərimi saxlayıram. Arada məşqlər edirəm”.

A.Yolçuyev işlə təmin edilməsi haqda xəbərlərə də aydınlıq gətirib:

“Mənə zəng gəldi ki, sənədlərini göndər. İş təcrübəmə baxmaq istədilər. Mən də göndərdim. Amma ondan sonra heç bir cavab gəlmədi. Yəqin artıq sentyabrda baxacaqlar. Heç bir işlə təmin edilmədim”.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki