Zəvvarlar Həcc ziyarətinin başlaması ərəfəsində Səudiyyə Ərəbistanının müqəddəs Məkkə şəhərinə axışıblar.
Vətəninfo.az “Saudi Gazzeta”-ə istinadən xəbər verir ki, ölkənin Baş Pasport İdarəsi Həcc ziyarəti üçün 1 milyon 547 min 295 zəvvarın gəldiyini açıqlayıb. Bu rəqəm hava, quru və dəniz limanları vasitəsilə Krallığa daxil olan bütün zəvvarları əhatə edir.
Səudiyyə rəsmiləri zəvvarların sayının artacağını və 2023-cü ildən çox olacağını gözlədiklərini bildiriblər.


























