image-1backend

HƏMAS-a müharibəni dayandırmağa kim imkan vermir? – İran HƏMAS-ı aldadıb

image-reklam_sirab_01

İsrailin Qəzzada apardığı quru əməliyyatı Yaxın Şərqdəki siyasi xəritəni ortaya qoymuş oldu. Çünki hələ bu əməliyyatdan öncə yalançı hay-küy salan ölkələr meydanda HƏMAS-ı tək qoydu. HƏMAS rəhbərliyi anladı ki, sona qədər dirəniş göstərə bilməyəcək. Məhz buna görə HƏMAS atəşkəs əldə etmək üçün danışıqlara hazır olduğunu hələ bir ay öncədən bəyan etdi. İsrail və HƏMAS arasında Qətərdə aparılan danışıqlar son iki həftədə çox şey göstərdi. Danışıqların mövzusu hər iki tərəfin saxladığı girovların mübadiləsi müqabilində atəşkəsin mümkünlüyü bəlli oldu. Qeyd edək ki, məsələn, Rusiya-Ukrayna cəbhəsində əsirlərin mübadiləsi ilə bağlı danışıqlar aparılır və bu mübadilə atəşkəs ilkin şərti qoyulmadan həyata keçirilir. Son günlərdə beynəlxalq mediada dərc olunan mövcud məlumatları bir araya gətirərək, Qəzza sektoru ilə bağlı aşağıdakı qeydləri etmək olar:

1. Həmas rəhbərliyi və onun hərbi qanadı uzunmüddətli atəşkəs istəyir, çünki onlar yorulublar və İrandan gözlədikləri yardımı tam ala bilməyiblər. Həmçinin Misir və Bəhreyndən dəstək ala bilmədilər. Həmçinin zəngin ərəb ölkələri meydanda HƏMAS-ı tək qoydu.

2. Həmas ümumiyyətlə Fələstində fəaliyyət göstərən bütün silahlı qruplara nəzarət etmir. 40-a yaxın girov hələ danışıqlar prosesinə daxil olmağa hazır olmayan qrupların nəzarətindədir. Operativ məlumatlara görə, həmin girovlardan bəziləri artıq edam edilib, bəziləri isə İsrail ordusunun zərbələri nəticəsində öldürülüb. Digər qrup isə Qəzza zolağında yeraltı tunellərdə yerləşir.

3. HƏMAS hər gün 10 girovu azad etməyə davam edərsə, atəşkəs iki həftəyə qədər davam edə bilər.

4. Lakin sonradan İsrail hərbçiləri daha sərt zərbələr endirməyə başlayacaq, çünki İsrail hərbi rəhbərliyi və baş nazir Benyamin Netanyahu hər hansı bir gərginlik halında ABŞ-dan toxunulmazlıq zəmanəti alıb. Bu təminatlar həm BMT-nin yurisdiksiyasında, həm Haaqa məhkəməsində, həm də Amerika yurisdiksiyasında fəaliyyət göstərən məhkəmələrdə uzadılır. Eyni zamanda, Pentaqon Ukraynaya ayrılan vəsaitin azaldılması hesabına İsrailə hərbi təchizatı artırmağa davam edir. Dövlət Departamenti həmçinin Yaxın Şərqdə və ya Qərbdə bu xəttə qarşı çıxan hər kəsi izləməyi öhdəsinə götürüb.

5. Həmas və Fələstinin gələcəyi hələ də qeyri-müəyyən olaraq qalır. Çünki İran bir tərəfdən özünə bağlı qruplaşmaların atəşkəs razılaşmalarından cıxmasını istəyir. Qərb mətbuatı iddia edir ki, İran atəşkəs istəmir. Lakin HƏMAS rəhbərliyi anlayır ki, İran vəd etdiyi dəstəyi HƏMAS-a çatdıra bilmədi və yaxud bunu etmək istəmədi.

Bir sözlə İran və ərəb ölkələri Fələstini meydanda tək qoydu. Fələstin və Həmas-ın gələcək taleyini isə zaman ayırd edəcək.

Qoşqar Salmanlı


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki