HƏMAS-ın siyasi bürosunun üzvü Usamə Həmdan bəyan edib ki, Fələstin hərəkatı İsrail və Livan Hizbullah hərəkatı arasında atəşkəs razılaşmasını dəstəkləyir. Vətəninfo.az xəbər verir ki, bu barədə “Əl-Məyadi” ASC məlumat yayıb. “Biz may ayında Livanda atəşkəs elan edilməsinə dair istənilən qərarı və elanı alqışlayırıq. “Hizbullah” xalqımızı dəstəklədi və böyük fədakarlıqlar etdi”, – deyə Həmdan bildirib.
O, Həmas və Hizbullahın bir-birinə güvəndiyini və hərəkətlərini bir-biri ilə əlaqələndirdiyini də vurğulayıb. Xatırladaq ki, bu gün İsraillə Hizbullah arasında atəşkəsin elan ediləcəyi gözlənilir.