image-1backend

Həmas  Fəthlə görüşməkdən imtina etdi

image-reklam_sirab_01

Həmas hərəkatı Pekində Fəth hərəkatı ilə ayrıca ikitərəfli görüş keçirməyi planlaşdırmır, lakin bütün Fələstin qrupları ilə görüşə hazırlaşır.

Vətəninfo.az xəbər verir ki, bu barədə RİA Novosti-yə HƏMAS-ın Qəzza zolağındakı xarici əlaqələr şöbəsinin rəhbəri Bassem Naim bildirib.

Aprel ayında Çin Xarici İşlər Nazirliyinin sözçüsü Lin Jian Fələstinin FƏTH və HƏMAS hərəkatlarının nümayəndələrinin Pekində məsləhətləşmələr apardıqlarını və burada dialoqu davam etdirmək və Fələstin birliyi üçün səy göstərmək niyyətlərini ifadə etdiklərini bildirib.

“Fəth və HƏMAS hərəkatları arasında Pekində ayrıca ikitərəfli görüş keçirilməsi ilə bağlı məlumatlar həqiqətə uyğun deyil”, – deyə Naim bildirib.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki