Fələstinin Həmas qruplaşması Qəzza zolağında israilli girovların və İsrail həbsxanalarında saxlanılan fələstinlilərin azad edilməsi üçün mümkün razılaşmanın birinci mərhələsində otuz girovu İsrail tərəfinə təhvil verməyə razılaşıb. Vətəninfo.az xəbər verir ki, bu barədə “Maan” xəbər agentliyi məlumat yayıb. Nəşrin məlumatına görə, HƏMAS yaraqlıları bir neçə ölü girovun cəsədi də daxil olmaqla otuz nəfərə yaxın israilli girovu İsrail tərəfinə təhvil verəcək.
HƏMAS ümid edir ki, İsrail ömürlük həbs cəzası çəkən fələstinli məhbusları azad edəcək. Həmçinin HƏMAS Fələstin-Misir sərhədində yerləşən Rəfaq keçid məntəqəsinin İordan çayının Qərb Sahilində yerləşən Ramallah şəhərində yerləşən Fələstin Milli Administrasiyasının nəzarətinə verilməsinə qarşı deyil.