Yanvarın 24-də HƏMAS ikinci qrup girovların siyahısını İsrailə təhvil verib..
Vətəninfo.az xəbər verir ki, bunu İordan çayının qərb sahilindəki təşkilatın rəhbəri Zahir Cabarin deyib. Onun sözlərinə görə, əvəzində Həmas, girovların azad edilməsinin ikinci mərhələsi çərçivəsində yanvarın 25-də azad ediləcək fələstinli məhbusların siyahısını alıb.
Cabarin həmçinin qeyd edib ki, İsraillə Qəzza zolağı ilə bağlı razılaşmanın ikinci mərhələsi üzrə danışıqlar 2 həftədən sonra başlayacaq.