HƏMAS-ın öldürülən lideri Yəhya Sinvarın cəsədi Qəzza zolağında saxlanılan israilli girovlarla dəyişdirilə bilər.
Vətəninfo.az xəbər verir ki, bu barədə CNN iki İsrail mənbəsinə istinadən məlumat yayıb. Hazırda HƏMAS-ın 100-ə yaxın adamı əsir saxladığı bildirilir. CNN-in mənbəsi bildirib ki, onlar Həmas liderinin qalıqlarının israillilərlə dəyişdirilməsinin əleyhinə olmayacaqlar.Eyni zamanda, həmsöhbət istisna etməyib ki, Sinvarın qalıqlarının Qəzzəyə qaytarılması HƏMAS tərəfdarlarını birləşdirə, onun qəbri onlar üçün ziyarətgah ola bilər.