Fələstinin HƏMAS radikal hərəkatı İsrailin cənubunda əsir götürdüyü girovları İsrail həbsxanalarında saxlanılan 6 min fələstinli ilə dəyişmək niyyətindədir. Vətəninfo.az-ın TASS agentliyinə istinadən verdiyi məlumata görə , bu barədə Həmas-ın xaricdəki nümayəndəliyinin rəhbəri Xalid Məşəl məlumat verib.
“İsrail həbsxanalarında 6000 fələstinli kişi və qadın var və biz onları israilli məhbuslar müqabilində azad etmək istəyirik. Müqavimət kifayət qədər gücə malikdir və həbsxanaları bütün məhbuslardan azad edə bilər”.
HƏMAS-ın hərbi qanadı olan “İz ed Din əl-Qəssam” briqadalarının nümayəndəsi Əbu Ubaydanın oktyabrın 16-da açıqladığı kimi, radikalların 200-250 girovu var. Əl-Cəzirə telekanalına müsahibə verən Ubayda bildirib ki, İsrailin bombardmanları nəticəsində 22 girov öldürülüb.
İsrail Müdafiə Qüvvələri oktyabrın 16-da HƏMAS-ın İsraildən əsir götürdüyü 199 nəfəri girov saxladığını açıqlayıb.


























