image-1backend

“Həmas” lideri Yəhya Sinvar başından vurulub

image-reklam_sirab_01

ABŞ-ın CNN telekanalı İsrail əsgərləri tərəfindən öldürülən HƏMAS lideri Yəhya Sinvarın cəsədinin yarılmasına əsasən, qruplaşma liderinin başından güllə ilə vurularaq öldürüldüyünü iddia edib.

Bu barədə oktyabrın 18-də İsrail Məhkəmə Tibb Mərkəzinin baş patoloqu Hen Kugel məlumat verib.

“Ölümün səbəbi başından güllə yarası olub. Sinvarın başında güllə var və ağır kəllə-beyin travması alıb”, – CNN Kugelin sözlərindən sitat gətirib.

Bundan başqa, məhkəmə-tibb eksperti əlavə edib ki, Sinvarın bədənində tank və ya raket mərmisinin partlaması səbəbilə onun üzərinə düşən beton divarlar və tavanlar nəticəsində digər ağır xəsarətlər aşkarlanıb.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki