Vətəninfo.az “İndependent Farsi” istinadən xəbər verir ki, bu gün səhər saatlarında hava hücumları zamanı HƏMAS-ın siyasi bürosunun rəhbəri İsmayıl Həniyənin ögey bacısı Zöhrə Həniyə öldürülüb.
Məlumata görə, Zöhrə Həniyə İsrailin Qəzzadakı Əl-Şati düşərgəsini hədəfə alması nəticəsində həyatını itirib.
Bildirilib ki, İsmayıl Həniyənin bacısı son bir neçə ayda baş verən hücumlardan sonra qohumlarından birinin evinə sığınıb.
Qeyd olunub ki, bundan öncə HƏMAS liderinin Hazem, Əmir və Məhəmməd adlı üç oğlu avtomobillərinə atılan raket zərbəsi nəticəsində qətlə yetirilib.