Vətəninfo.az “Əş-Şərq Əl-Əvsət” qəzetinə istinadən xəbər verir ki, HƏMAS liderləri Qəzzadakı rəsmilərinə müharibə yenidən başlayarsa, İsrailin onları dinləməsinin qarşısını almaq üçün mobil telefonlarından istifadə etməməyi əmr edib.
Bildirilib ki, HƏMAS üzvlərinin telefonlardan istifadə etməməsinə əsas səbəb İsrailin onları izləyərək öldürəcəyindən qorxmalarıdır.
Qeyd edək ki, daha öncə Livan Hizbullahı da öz qüvvələrinə sui-qəsd qorxusu ilə telefonlardan istifadəyə qadağa qoyaraq, əlaqəni peycerlərlə əvəz etmişdi. Ancaq ötən il sentyabrın 18-də İsrail kiberhücum vasitəsilə peycerlərin çoxunu partladıb.