Vətəninfo.az xəbər verir ki, HƏMAS İsrailin Baş naziri Benyamin Netanyahunun atəşkəsin ikinci mərhələsinə keçidi gecikdirdiyini bildirib.
HƏMAS sözçüsü Əbdüllətif Kanu sosial mediada atəşkəs prosesi ilə bağlı paylaşım edərək deyib:
“HƏMAS atəşkəs razılaşması və girov mübadiləsi razılaşmasının bütün mərhələlərini həyata keçirməyə hazırdır. İsraildən razılaşmanın “humanitar protokolun bütün müddəalarını” həyata keçirməsini gözləyirik.
Qəzzada əldə edilən girov mübadiləsi və atəşkəs razılaşmasının ikinci mərhələsinə keçid üçün danışıqlar hələ başlamayıb.
HƏMAS ikinci mərhələyə keçmək üçün danışıqlara başlamağa hazırdır. Netanyahu isə müvafiq prosesdə dalana dirənib.
İsrail Qəzza zolağına 15 aydır davam edən hücumlarında beynəlxalq səviyyədə qadağan olunmuş silahlardan istifadə edir. Bunun araşdırılması üçün beynəlxalq komitənin yaradılmasını tələb etmişik”.
Qeyd edək ki, İsrail və HƏMAS arasında üç mərhələli atəşkəs və girov mübadiləsi razılaşması bazar günü, yanvarın 19-da qüvvəyə minib.
Razılaşmanın birinci mərhələsi martın 2-də başa çatsa da, ikinci mərhələyə keçid üçün dolayı danışıqlar hələ başlamayıb.