HƏMAS Qəzza məsələsi ilə bağlı hərtərəfli razılaşmaya hazır olduğunu bildirib. Razılaşmaya əsasən, razılaşdırılmış sayda fələstinli məhbusun azad edilməsi müqabilində bütün israilli girovların azad edilməsi nəzərdə tutulur. Vətəninfo.az xəbər verir ki, bu barədə məlumatı Al Arabiya yayıb.
Qrupun bəyanatı, ABŞ prezidenti Donald Trampın HƏMAS-ı bütün girovları azad etməyə çağırmasından bir müddət sonra verilib.