image-1backend

HƏMAS Qəzzada hakimiyyəti Fələstin Milli Administrasiyasına təhvil verməyə hazırdır

image-reklam_sirab_01

Radikal HƏMAS hərəkatı Fələstin Azadlıq Təşkilatına məktub göndərərək, Qəzza zolağının Fələstin Milli Administrasiyası və idarəetmə komitəsinin nəzarətinə verilməsinə hazır olduğunu bəyan edib.

Vətəninfo.az xəbər verir ki, bu barədə öz mənbələrinə istinadən Sky News Arabia telekanalı məlumat yayıb.

Onların sözlərinə görə, eyni zamanda HƏMAS belə bir şərt irəli sürüb ki, ona əsasən Qəzza rəsmiləri yeni administrasiyada işlə təmin olunmalıdırlar.

Qeyd olunur ki, radikal təşkilat bu qərarı Misirin güclü təzyiqi ilə, öz nümayəndə heyətinin Qahirədə apardığı danışıqlardan sonra verib.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
Popup Image