İslami Müqavimət Təşkilatı bildirib ki, HƏMAS-ın siyasi bürosunun rəhbəri İsmail Haniyə başçılıq etdiyi nümayəndə heyəti ilə birgə bu gün səhər İranın dəvəti ilə Tehrana gəlib.
Vətəninfo.az Fələstin media mərkəzinə istinadən xəbər verir ki, HƏMAS nümayəndə heyətinin Fələstinlə bağlı son ərazi problemlərini, siyasi hadisələri müzakirə etmək və fikir mübadiləsi aparmaq üçün İran rəsmiləri ilə görüşləri nəzərdə tutulub.


























