image-timthumbbackend

HƏMAS şənbə günü daha 6 israilli girovu azad edəcək

image-reklam_sirab_01

İsrailin baş naziri Binyamin Netanyahunun ofisi Fələstinin HƏMAS qruplaşması ilə razılaşmanın birinci mərhələsi çərçivəsində şənbə günü daha altı israilli girovun azad ediləcəyini bildirib.

Vətəninfo.az xəbər verir ki, İsrail rəsmisi “The Times of Israel” qəzetinə bildirib ki, Misirin paytaxtı Qahirədə əldə olunan razılaşmanın həyata keçirilməsi yəhudi dövləti üçün mühüm nailiyyət olacaq.

Bu arada İsrail Daxili İşlər Nazirliyi öldürülən dördüncü girovun cəsədlərinin cümə axşamı onlara təhvil veriləcəyini bildirib.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
Popup Image