image-1backend

HƏMAS vasitəçilərin Qəzzada atəşkəs yaratmaq təklifi ilə razılaşıb

image-reklam_sirab_01

Fələstinin HƏMAS hərəkatı Misir və Qətər vasitəçilərinə Qəzza zolağında atəşkəs rejiminin yaradılması ilə bağlı təklif etdikləri saziş layihəsini təsdiqlədikləri barədə məlumat verib.

Vətəninfo.az  TASS-a istinadən verdiyi məlumata görə, müvafiq bəyanat HƏMAS-ın Telegram kanalında dərc olunub.

Məlumata görə, HƏMAS-ın siyasi bürosunun rəhbəri İsmayıl Haniyə Qətərin baş naziri Məhəmməd bin Abdel Rəhman Əl Tani və Misir Baş Kəşfiyyat İdarəsinin rəhbəri Abbas Kamel ilə telefon danışığı aparıb. Söhbət zamanı o, vasitəçilərə hərəkatın onların təklif etdiyi atəşkəs sazişinin layihəsini təsdiqlədiyi barədə məlumat verib”, – məlumatda deyilir.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki