image-reklam-veteninfo
image-64db28b7f06b3backend

“Həmas” yəhudi yaşayış məntəqəsinə raket zərbəsi endirdi

image-reklam-veteninfo

İsrail ordusu işğal altındakı İordan çayının qərb sahilində yəhudi yaşayış məntəqəsinə raket zərbəsi endirildiyini açıqlayıb.

Vətəninfo.az xəbər verir ki, İsrail ordusunun sözçüsü tərəfindən edilən yazılı açıqlamada əsgərlərin İordan çayının qərb sahilində atılan raketin qalıqlarına rast gəldiyi bildirilib.

Açıqlamada hücumda heç kimin zərər görmədiyi, parçaların tədqiq edildiyi və cinayətkarların tutulması üçün işlərə başlandığı qeyd olunub.

Digər tərəfdən, HƏMAS-ın hərbi qanadı İzzəddin əl-Qəssam Briqadalarına bağlı olduğu bildirilən Cenindəki Əl-Ayaş Briqadasının “Telegram” kanalında “Şaked” yəhudi yaşayış yerinə “Qassam-1” raket atıldığı bildirilib.

Raketin İsrailin Fələstin xalqına qarşı cinayətlərinə cavab olaraq atıldığına diqqət çəkilərək, Ayaş Briqadasının “məhdud imkanlara və sərt təhlükəsizlik təzyiqlərinə baxmayaraq yoluna davam edəcəyi” vurğulanıb.




  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki