image-1backend

Henri Kissincer ölümündən öncə nə deyib?:”Bu ərazilər İordaniyaya verilməlidir”

image-reklam_sirab_01

Bir neçə gün əvvəl 100 yaşında vəfat edən ABŞ-ın keçmiş dövlət katibi Henri Kissincer hesab edirdi ki, müstəqil Fələstin dövlətinin yaradılması İsrail üçün onun hücuma məruz qalmayacağına zəmanət deyil. Məhz buna görə də o, İordaniyanın qərb sahilinin İordaniya tərəfindən işğal edilməsini məsləhət görüb.Vətəninfo.az xəbər verir ki, bu barədə o, “Politico” jurnalının işıqlandırdığı son müsahibələrinin birində deyib.

“Düşünürəm ki, İordan çayının qərb sahili İordaniyaya verilməlidir. Müharibənin sülh yolu ilə bitməsini istərdim, lakin HƏMAS-la sülh yolu ilə dayandırmaq  mümkün deyil. Həmçinin İsraillə ərəb dünyası arasında danışıqların başlanmasının tərəfdarıyam, lakin İsraillə Fələstin arasında birbaşa danışıqları səmərəsiz hesab edirəm”- Henri Kissincer  bildirib.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki