Dörd növ məhsul – alkoqol, tütün, qalıq yanacaq və ultra emal olunmuş qidalar – Avropada 2,7 milyon ölüm də daxil olmaqla, hər il dünyada 19 milyon insanın ölümünə səbəb olur.
Vətəninfo.az xəbər verir ki , bu barədə Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) Avropa regional ofisinin bəyanatında deyilir.
“Dörd korporativ məhsul – tütün, ultra emal olunmuş qidalar, qalıq yanacaqlar və spirt – hər il dünyada 19 milyon insanın ölümünə və ya bütün ölümlərin 34%-nə səbəb olur. Təkcə Avropa regionunda bu sənayelər hər il 2,7 milyon insanın ölümünə tam və ya qismən cavabdehdir”, – hesabatda qeyd olunub.
Təşkilat qeyd edib ki, bu cür məhsulları istehsal edən şirkətlər istehlakçıları onlardan fayda və ya zərərin olmadığı barədə yalan ifadələrlə çaşdırırlar. Bu cür marketinq hiylələri ürək-damar xəstəlikləri, xərçəng və diabet kimi qeyri-infeksion xəstəliklərin qarşısının alınması və nəzarət altına alınması səylərini sarsıdır.
Bununla əlaqədar ÜST Avropa regionunun 53 üzv ölkəsinə bir sıra tədbirlərin görülməsini, o cümlədən sağlamlığa zərərli məhsulların marketinq qaydalarının sərtləşdirilməsini, göstərilən kateqoriyadan məhsul istehsal edən transmilli korporasiyalara vergilərin artırılmasını və s.