image-4backend

Heydər Əliyev dühası

image-reklam_sirab_01

Azərbaycan xalqı hər zaman Ulu Öndər Heydər Əliyevlə fəxr edir

Müstəqil Azərbaycanın həyatında 1993-cü il çox əlamətlər bir il olub. Öncə həmin ilin iyunun 15-də Ulu Öndər Heydər Əliyevin hakimiyyətə qayıdışı ilə Azərbaycan dövləti çox ağır bir siyasi bəladan, yəni müstəqiliyin itirilməsi təhlükəsindən qurtuldu. Daha sonra ölkədə siyasi sabitlik yarandı. Məhz bundan sonra, 1993-cü ilin oktyabrın 3-də ölkədə prezident seçkiləri keçirildi. Əlbəttə ki, bu seçkilərin keçirilməsi ölkəmizin həyatında çox müsbət dəyişikliklərə səbəbə oldu. O günü xalqımız sanki bir bayram edirdi. Çünki Ulu Öndərin Azərbaycana qayıdışı və prezidentliyə ən layiqli namizəd olması hamı üçün çox önəmli və sevincli idi. Məhz buna görə də Ümummilli Lider Heydər Əliyev 3 oktyabr seçkilərində mütləq səs çoxluq ilə ölkənin prezidenti seçildi. Bununla da Azərbaycanın siyasi-iqtisadi suverenliyi təmin olundu. Ulu öndərin 1993-cü ilin oktyabrında dövlət başçısı seçilməsindən sonra müstəqil Azərbaycanın hüquqi və siyasi-iqtisadi suverenliyinin təmin olunması prosesi əsaslı şəkildə sürətlənmişdir. Ümummilli Lider ilk növbədə, ölkədə ictimai-siyasi sabitliyin bərpası istiqamətində gərgin iş aparmış, qeyri-qanuni silahlı dəstələr zərərsizləşdirilmiş, respublikamızın sosial-iqtisadi yüksəlişinə yol açan ən mühüm amil kimi cəmiyyətdə ictimai-siyasi sabitlik bərqərar edilmişdir. Dövlət çevrilişlərinin qarşısı alınmış, Azərbaycan vətəndaş müharibəsi təhlükəsindən xilas olmuşdur. Müstəqil dövlətimizin ərazi bütövlüyünün bərpası və Ermənistan silahlı qüvvələrinin hücumlarının qarşısının alınması, ölkənin müstəqilliyinin qorunub saxlanması üçün ordu quruculuğu istiqamətində kompleks tədbirlər həyata keçirilmişdir. Bundan sonra artıq Azərbaycanın qurtuluşa gedən yolda olmuşdur. Azərbaycan dövləti çox böyük bir inkişaf əldə etmişdir. Dövlətin apardığı islahatlar,  qəbul olunmuş qanunlar Azərbaycanın inkişafına, xalqın rifah halının yaxşılaşmasına xidmət etmişdir. Ölkəmizin regionda və dünyada tanınması prosesi başlanmışdır. Azərbaycan öz sözünü xaricdə deyə bilmişdir. Bu baxımdan Ulu Öndər Heydər Əliyevin beynəlxalq tədbirlərdə qətiyyətli çıxışlarının önəmli rolu olmuşdur. Ümumi olaraq Azərbaycanın beynəlxalq aləmdə yeni imici formalaşmışdır.

Ulu Öndər Heydər Əliyev öz ömrünü Azərbaycana həsr etmişdi. 1993-cü ildə  Azərbaycanda prezident seçildikdən sonra andiçmə mərasimində də bunu qeyd etmişdir. Ümummilli Lider andiçmə mərasimindəki nitqində deyib: “Bu gün mənim üçün tarixi, əlamətdar bir gündür. Mənə göstərilən bu böyük etimada görə Azərbaycan vətəndaşlarına, Azərbaycan xalqına hörmətimi, məhəbbətimi bildirir və əmin etmək istəyirəm ki, həyatımın sonuna qədər xalqıma sədaqətlə xidmət edəcək və bütün fəaliyyətimi Azərbaycan Respublikasının gələcək inkişafına sərf edəcəyəm”. Dahi rəhbər vədəni əməl edərək həyatını, bütün fəaliyyətini Azərbaycanın inkişafına həsr etmişdir. Xalq Ulu Öndərə çox böyük etimad göstərmişdi, inanmışdı və bu seçimində də yanılmamışdır. Çünki Heydər Əliyev necə 70-ci illərdə Azərbaycana sədəqətlə xidmət etmişdirsə, 1993-cü ildə prezident seçildikdən sonra da yenə də eyni amalla, eyni ideya ilə Azərbaycan üçün sədəqətlə xidmət göstərmişdir. Azərbaycanı belə deyək ki, siyasi olaraq batalıqdan çıxartmışdır və onun xalqa, dövlətə olan sevgisi, məhəbbəti bir çoxlar üçün örnək olmuşdur. Ümumiyyətlə, Heydər Əliyevin hər bir fəaliyyəti, hər bir çıxışı həmin zaman, elə bu gündə xalqımızın hər bir üvü üçün örnəkdir, nümunədir. Bu gün Prezident İlham Əliyev başda olmaqla bütün dövlət idarəçiliyində olanların hamısı Heydər Əliyevin xalqımıza göstərdiyi xidməti özünə örnək bilərək fəaliyyət göstərirlər və bu da Azərbaycanın inkişafında mühüm bir məsələdir. Heydər Əliyev andiçmə mərasimində dediyi fikirləri tam olaraq xalqımız üçün böyük bir müvəffəqiyyətlə yerinə yetirmişdir.

90-cı illərdə Azərbaycanı yenidən ayağa qaldıran bir dahil lideri ehtiyac var idi. Heydər Əliyev də məhz uzun illər siyasətdə olan bir peşəkar insan kimi həqiqətən xalqın lideri olaraq Azərbaycana üçün xilaskarlıq missiyası yerinə yetirdi. Buna görə də Ulu Öndəri hər zaman xalqımız anır, ehtiramla yad edir. Çünki o zaman Azərbaycan xalqının taleyüklü problemləri var idi. Ermənistanla ölkəmiz müharibə şəraitində idi. Millətin məhəbbətini qazanmış Ümummilli Lider Heydər Əliyev Azərbaycan xalqının yaddaşında qurucu və xilaskar dövlət xadimi kimi əbədi olaraq yaşayacaqdır. Azərbaycan xalqının tarixində taleyüklü məsələlərin həllində müstəsna xidmətləri olan tarixi şəxsiyyətlər içərisində Azərbaycan xalqının Ümummilli Lideri adını qazanmış görkəmli dövlət xadimi, dünya miqyaslı siyasətçi, parlaq şəxsiyyət Heydər Əliyevin xüsusi rolu vardır. Ümummilli lider Heydər Əliyev öz xilaskarlıq missiyasının öhdəsindən yüksək səviyyədə gəlmişdir. Ulu Öndər Azərbaycanı çətin vəziyyətdən çıxarda bildi. Onun dünyadakı nüfuzu, peşəkar siyasətçi olaraq fəaliyyəti bunu etməyə əsas verirdi. Ona görə də Ulu Öndər öz xilaskarlıq misiyasını şərflər yerinə yetirmişdir. Xalqımız hər zaman Ulu Öndər Heydər Əliyevlə fəxr edir. Heydər Əliyev dühası xalqın hər zaman yaddaşında qalacaq.

        İbrahimova Gülzar İsaxan qızı, Avrasiya Universitetinin Elmi işlər üzrə prorektoru, siyasi elmlər üzrə elmlər doktoru, professor


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki