Azərbaycan Prezidentinin köməkçisi Hikmət Hacıyev BƏƏ-yə səfəri çərçivəsində dövlət naziri Əl-Haceri ilə görüşüb.
Görüş zamanı tərəflər strateji tərəfdaşlıq çərçivəsində ikitərəfli münasibətləri müzakirə edib, regional və beynəlxalq məsələlər ətrafında fikir mübadiləsi aparıblar.


























