image-1backend

Hikmət Hacıyev Putinin xüsusi nümayəndəsini qəbul edib

image-reklam_sirab_01

Azərbaycan Respublikası Prezidentinin köməkçisi – Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev Bakıda Rusiya Federasiyası Prezidentinin Yaxın Şərq və Afrika ölkələri üzrə xüsusi nümayəndəsi, xarici işlər nazirinin müavini Mixail Boqdanovu qəbul edib. .

Rusiya Xarici İşlər Nazirliyinin məlumatına görə, “ətraflı söhbət zamanı qarşılıqlı maraq doğuran beynəlxalq və regional məsələlər üzrə konfidensial fikir mübadiləsi aparılıb. Fələstin-İsrail münaqişəsi zonasında və Livanın cənubunda hərbi-siyasi vəziyyətin inkişafı vurğulanmaqla Yaxın Şərqə xüsusi diqqət yetirilib”.

Həmçinin qeyd olunur ki, “Moskva və Bakının həm ikitərəfli formatda, həm də müxtəlif beynəlxalq platformalarda sıx xarici siyasət koordinasiyasını davam etdirmək öhdəliyi təsdiqlənib”.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki