image-hikbackend

Hikmət Hacıyev: “Təəssüflə qeyd edim ki, Ermənistan COP29-da iştirak etmir” – AÇIQLAMA

image-reklam_sirab_01

Bunu Azərbaycan Prezidentinin köməkçisi – Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev Bakıda keçirilən BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəfləri Konfransının 29-cu sessiyası (COP29) çərçivəsində jurnalistlərə açıqlamasında söyləyib.

“Azərbaycan konvensiyanın üzvü olaraq, bütün tərəflərə dəvət göndərib”, – deyə o qeyd edib.

O əlavə edib ki, COP29-da 70 mindən çox xarici və ölkədaxili nümayəndənin qeydiyyatı həyata keçirilib və bunların əksəriyyəti – 60 mini xarici qonaqlardır:

“Burada 3000-dən çox xarici media nümayəndələri qeydiyyatdan keçib”.

Qeyd edək ki, noyabrın 11-də Bakıda COP29 tədbiri start götürüb. 190-a yaxın ölkənin nümayəndələrinin iştirak edəcəyi tədbir noyabrın 22-də başa çatacaq.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
Popup Image