image-1backend

Hindistan bu ölkələrə silah satır -SİYAHI

image-reklam_sirab_01

“The Times of India” qəzeti mənbələrə istinadən yazır ki, Ermənistan, ABŞ və Fransa 2023-2024-cü maliyyə ilində Hindistanın müdafiə məhsullarının ən böyük idxalçısına çevrilib.

Qəzetin yazdığına görə, Hindistanın dövlət və özəl şirkətləri 100-ə yaxın ölkəyə geniş çeşiddə silah, sursat və komponentlər ixrac edir. Ötən il ərzində satış 2,6 milyard dollar təşkil edib.
Nəşrin məlumatına görə, Ermənistan son dörd il ərzində Hindistanla raketlərin, artilleriya qurğularının, raket sistemlərinin, radarların, zirehlərin və gecəgörmə cihazlarının, eləcə də geniş çeşiddə döyüş sursatlarının və artilleriya vasitələrinin idxalına dair bir neçə müqavilə imzalayıb. Ermənistan Hindistan istehsalı olan “Akaş” zenit-raket komplekslərinin ilk xarici alıcısı olub.

ABŞ-a ixrac əsasən alt sistemlərdən və komponentlərdən ibarətdir, Boeing və Lockheed Martin kimi qlobal müdafiə nəhəngləri qlobal təchizat zəncirlərinin bir hissəsi kimi Hindistandan qanadlar, digər təyyarələr və vertolyot hissələri alır və öhdəlikləri əvəzləyir.

“Fransa da öz növbəsində külli miqdarda proqram təminatı və elektron avadanlıq idxal edir”, – mənbə bildirib.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki