image-reklam-veteninfo
image-1backend

Hindistan bu silahları Ermənistana verir

image-reklam-veteninfo

Hindistan Ermənistana yeni silah partiyası vermək imkanını nəzərdən keçirir. Vətəninfo.az- ın məlumatına görə , bu barədə “The Economic Times” qəzeti yazır.

Qəzet yazır: “Hindistan Cənubi Qafqazdakı strateji müttəfiqi Ermənistana keçən il ilk silah partiyasının uğurlu çatdırılmasından sonra yeni silah partiyası tədarük etməyi düşünür.

Qeyd olunur ki, bu yaxınlarda Ermənistandan yüksək rütbəli məmur Nyu-Dehliyə gəlib və bununla bağlı müzakirələr aparıb. Jurnal Hindistanın Ermənistan üçün etibarlı silah tədarükçüsünə çevrildiyini vurğulayır.

Hələlik yeni tədarüklərlə bağlı təfərrüatlar yoxdur, lakin dövri nəşrin qeyd etdiyi kimi, adının açıqlanmasını istəməyən erməni müşahidəçilər partiyaya Azərbaycanla münaqişə vəziyyətində çəkindirici rol oynayacaq avadanlıqların daxil ola biləcəyini bildiriblər.

Hindistanın Ermənistana verdiyi son silah-sursata “Pinaka” çoxlüləli reaktiv yaylım atəşi sistemləri, tank əleyhinə silahlar, raketlər və digər döyüş sursatları daxildir.




  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki