Vətəninfo.az xəbər verir ki, Ermənistan Hindistandan daha 84 ədəd ATAGS qurğusu alacaq.
Ermənistan Silahlı Qüvvələri 2023-cü ildə Hindistan tərəfindən tədarük edilən Qabaqcıl Yedəkli Artilleriya Silah Sisteminin (ATAGS) 6 bölməsinin sınaqlarını başa çatdırıb.
Bu barədə Hindistanın “Indian Defense Research Wing” nəşri məlumat yayıb. Qeyd olunur ki, bu sınaqların uğurla başa çatması Ermənistanın Hindistan istehsalçısı “Kalyanı Groups”dan daha 84 ATAGS silahı almasına yol açıb.
“Bu müasir silahlar ölkənin sərhədlərinin qorunmasında və milli təhlükəsizliyinin təmin edilməsində dəyərli sərvət olacaq”, – məqalədə qeyd olunur.