image-1backend

Hindistan Hərbi Dəniz Qüvvələri 300 milyon dollar dəyərində uzaqdan idarə olunan sualtı qayıqlar qurmağı planlaşdırır

image-reklam_sirab_01
Hindistanın Müdafiə Nazirliyi ölkənin donanması üçün 25 milyard rupi (təxminən 300 milyon dollar) dəyərində uzaqdan idarə olunan ağır sualtı qayıqları təsdiqləyib. Bu barədə Vətəninfo.az  TASS agentliyinə istinadən xəbər verir.

Qeyd olunur ki, “The Economic Times” mənbələrinin məlumatına görə, yaxın bir neçə ay ərzində belə sualtı dronların tikintisi üçün tender elan olunacaq. Hindistan tərsanələrindən 100 tondan çox çəkisi olan və geniş funksiyaları olan və uzun müddət su altında qalma qabiliyyətinə malik sualtı qayıqlar qurmaq istənilir.

Bu qurğuların düşmənin sualtı və suüstü gəmilərinə hücum etmək qabiliyyətinə malik olması nəzərdə tutulur və Hərbi Dəniz Qüvvələrinə minaların qoyulması və təmizlənməsi, dənizdə vəziyyətin monitorinqi və silahların buraxılması kimi bir çox əməliyyatlar həyata keçirməyə imkan verəcək. 

Həmçinin bildirilir ki, Hindistan Hərbi Dəniz Qüvvələri uzaqdan idarə olunan sualtı qayıqlardan ibarət donanma yaratmaqda maraqlıdır və gələcəkdə Hindistan Hərbi Dəniz Qüvvələrinin potensialını gücləndirmək üçün onlardan geniş istifadə edilməsi planlaşdırılır.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki