Hindistan Xarici İşlər Nazirliyi baş nazir Narendra Modinin Ukraynaya səfərini təsdiqləyib.
Vətəninfo.az xəbər verir ki , bu barədə ölkədə akkreditə olunmuş jurnalistlərə göndərilən məlumatda deyilir.Orada bildirilir ki, xarici siyasət idarəsi avqustun 19-da “baş nazirin Polşa və Ukraynaya səfərlərinə həsr olunmuş” xüsusi brifinq keçirəcək. Səfərin tarixləri dəqiqləşdirilməyib.Bundan əvvəl Hindistan KİV-i Modinin avqustun sonunda Kiyevə səfər edə biləcəyini yazmışdı. NDTV kanalı qeyd edib ki, hökumət başçısının səfəri avqustun 23-nə planlaşdırılır. “Indian Express” qəzeti baş nazirin avqustun 24-də, ölkənin Müstəqillik Günündə Ukraynaya bir neçə saatlıq səfər edə biləcəyini yazıb. Onun Kiyevə səfərindən əvvəl avqustun 21-də Polşaya səfər edəcəyi planlaşdırılır.